“Putin bizə xəyanət etdi”

Qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşilin Rusiya prezidenti Vladimr Putini xəyanətdə ittiham edib.

Bu barədə o, öz Twitter səhifəsində yazıb. Puşilin hesab edir ki, Putin yaraqlıları taleyin ümidinə buraxıb, amma öncə o, Donetsk və Luqansk “Respublika”larının nümayəndələrini kömək edəcəyinə ümidli etmişdi. 

“DXR” başçısı Rusiya prezidentinə rus xalqının müdafiəsi və “Novorossiya” yaradılacağı barədə “gözəl” sözlərini xatırladıb. 

Puşulin vurğulayıb ki, bütün bu sözlər elə söz olaraq qalıb: “Yaraqlıların məğlub olmasında günahkar Putindir” (hafta.az).