10-15 maşın sələfi Sabirabada “razborkaya” yollanıb; saqqal qırxan şəxsin kimliyi şübhə doğurur FOTO/VİDEO
Sabirabaddaki mənbədən “Azadlıq”a verilən məlumata görə, rayonda dini zəmində qarşıdurmaya cəhd göstərilib. Ötən günlərdə bir dəstə şiənin bir vəhabinin saqqalını kəsməsinə dair video yayılmışdı. Mənbə bildirir ki, iiyulun 6-da özünü sələfi adlandıran 10-15 avtomobil şəxs Sabirabada gələrək, həmin videoda saqqal qırxan şəxsin ya özünü, ya da kəlləsini tələb edib. Məlumatda sələfilərlə polislərin arasında qarşıdurma olduğu da bildirlir.
“Azadlıq”a çatan başqa bir xəbərdə isə deyilir ki, sələfilər Sabirabada Bakıda bu təriqət nümayəndələrinin toplaşdığı məşhur Qaraçuxur məscidinin qarşısından gediblər. Bu məqsədlə həmin məsciddə toplaşacaqları əvvəlcədən öz aralarında elan olunub. Məscidin qarşısında polislər onları Sabirabada getmək fikrindən daşındırmağa çalışıb. Sabirabadda polislərin artıq onları gözlədikləri barədə xəbərdarlıq da olunub. Lakin sələfilər maşınlarla Sabirabada yollanıblar.
Yol boyu onların qarşısını kəsməyə cəhdlər olub, amma onlar rayona girməyi bacarıblar. Rayonda isə hər hansı qarşıdurma yaşanmayıb. Bakıdan gedənlər, orada baş vermiş “saqqalqırxma” hərəkətinə görə məsuliyyət və cavabdehlik tələb ediblər. Onların qarşısında polis səddi olub. Onlar da bir qədər hay-küylə və emosional şəkildə etirazlarını bildirəndən sonra maşınlarına əyləşərək geri dönüblər. Onları Sabirabaddan çıxana qədər polis maşınları müşaiyət edib.
Bu arada sosial şəbəkələrdə Sabirabadda sələfi görkəmli şəxsin saqqalını qırxan Rəmzi adlı şəxsin maraqlı fotoları yayılıb. Fotolarda o, sələfi şeyxlərinə bənzəyən şəxslərlə yanaşıdır. Fotoya görə yeni iddialar meydana çıxıb ki, Sabirabaddaki olaylar ortaya süni şəkildə atılıb.
Həmin “saqqalqırxma” olayı
Olaydan sonra
Xəbər xidməti