DÇ-2014: Hollandiya 1/2-də Argentinanın rəqibi oldu

DÇ-2014-ün 1/4 final mərhələsinə yekun vuruldu. Son oyunda Hollandiya və Kosta Rika milliləri qarşılaşdı. Oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdı. 

Penaltilər seriyasında isə daha Hollandiya yığması dəqiq oldu. (4-3)

Dəqiq vurulan penaltilər: Borges (Kosta-Rika), Robin van Persi (Hollandiya), Aryen Robben (Hollandiya), Qonzales (Kosta-Rika), Uesli Sneyder (Hollandiya), Bolanos (Kosta-Rika), Dirk Kuyt (Hollandiya) 

Dəqiq vurulmayan penaltilər: Bryan Ruiz, Umaniya (hər ikisi Kosta-Rika)

Beləliklə 1/2-də Argentinanın rəqibi Hollandiya oldu.