Bəlkə də, bir kəndirbazın ip üzərindəki oyunu həyatla ölüm arasındakı anın nə qədər yaxın olduğunu anlada bilən ən yaxşı nümunədir. Ayağın lap azacıq sürüşməsi ilə hər şey anidən bitə bilər. Amma bu gerçəyi görməyə ağlımız və qəlbimiz nə qədər yetərlidir ki? Hər günü tam məntiqli olaraq son gün kimi yaşamağa, içi mən qarışıq, hazır olanımız kimdi aramızda? Elə gec və ya tez bitən həyat hekayələrinin sonunda yaşanan peşmanlıqların bir səbəbini də burada axtarmaq lazımdır, məncə.
Yer üzündə ölümqabağı “nədən istədiyim həyatı yaşaya bilmədim?” peşmanlığını dilə gətirən insanların sayı, əksini düşünənlərdən daha çox olar, şübhəsiz. Bunu maraqlı bir kitab şəklində ortaya qoyan avstraliyalı tibb bacısı Bronni Veyrin araşdırmalarından da açıqca görmək mümkündür. Ömrünə az qalmış xəstələrinin həyatı ilə maraqlanan və onları danışdıran Veyr sonra bunları “Ölümdən öncə ilk 5 peşmançılıq” kitabında oxucularla paylaşıb. Bütün bu peşmanlıqların əsasında nə durur, bilirsiniz? Insanın özünün öz azadlığını zəncirləməsi və özünün öz xoşbəxtliyinə izn verməməsi. Dolayısı ilə olmuş olsa da, yaşanmış gerçəklərdən çıxan acı gerçək belədir: “Heç kim bu dünyadan köçüb gedərkənÿ”keşkə daha çox pul qazansaydım”, ya da “keşkə bələdiyyə sədri, millət vəkili olsaydım” demir… Insanlar üçün önəmli olanÿhəyatı mümkün qədər azad yaşamaqdır. Davranışlarını, yaşam tərzlərini “Aman, biri görsə haqqımda nə deyər?” deyə qayğılanaraq yaşamaq,ÿvədənin sonuna gəlindiyi zaman ən böyük peşmanlıqlar arasında yer alır”.ÿ
Indi dünya alimləri “günümüzün insanı niyə bu qədər yalnız və ruhsuzdur?” sualı üzərində baş sındırıb durur. Böyüyən və əhali yükü artan şəhərlərin qələbəliyi içində tənhalaşan bədbəxt çoxluğun dərdinin çarəsi haradadır? Bu suala Veyrin araşdırmasında sıraca birinci gələn “keşkə başqalarının məndən gözlədiyi həyatı yaşamaq əvəzinə, xəyallarımı gerçəkləşdirmək cəsarətim olsaydı” peşmanlığı cavab verir, əslində. Bəlkə, bunu oxuyunca, bir çoxunuzun içindən “hər şey insanın öz əlində deyil ki” fikri keçəcək. Doğrudur, hər şey deyil, amma çox şey insanın öz əlindədir axı.
Təkrar olsa belə, fiziologiya və tibb sahəsində Nobel mükafatı almış Amerika alimi Cozef Qoldşteynin “Azad olmaq öz əlimizdə” adlı kiçik hekayəsini xatırlayaq bir daha. “Asiyada meymun tutmaq üçün istifadə olunan bir tələ var. Bir hindqozu oyulur və iplə ağaca və ya yerdəki çalaya bağlanır. Hindqozunun altında kiçik bir yarıq açılır və oradan içinə şirin bir yemək qoyulur. Bu yarıq sadəcə meymunun əli açıqkən ora salacağı böyüklükdədir, yumruq halında o, əlini çölə çıxara bilməz. Meymun şirin yeməyin qoxusunu alır, onu götürmək üçün əlini içəri salır. Amma yeməklə birlikdə əlini çölə çıxarması imkansızdır.
Ovçular gəldikdə, meymun çılğına dönər, amma qaça bilməz. Əslində, bu meymunu dustaq edən heç bir şey yoxdur. Onu sadəcə öz asılılığının gücü dustaq etmişdir. Tələb olunan tək şey əlini açıb yeməyi buraxmaqdır…”
Bizim həyatda özümüzü asılı etdiyimiz şey həmin tələdir. Yaşadığımız bütün peşmanlıqların səbəbi ordadaır. Bu üzdən “hər ömrün sonunda bir fəryad gördüm” deyir Aşıq Veysəl. Amma nə olursa-olsun, insan həyatı boyunca başqaları ilə bərabər, özünə etdiyi haqsızlıqları da düşünməlidir mütləq. Tam olaraq Bronni Veyrin dediyi kimi: “Mən bunun çox əhəmiyyətli bir imtahan olduğuna inanıram. Hesab verərkən cəhənnəm atəşinin istiliyini hiss edərək etdiyiniz səhvləri və günahları düşünün. Bu, eyni zamanda, özünüzə etdiyiniz pisliklərlə hesablaşma olacaq”.