“Azadlıq” və “Yeni Müsavat” qəzetləri bu həftədən etibarən şənbə günləri işləməyəcək. Bununla bağlı iki qəzet arasında razılaşma əldə olunub. Ölkənin iki gündəlik qəzetinin bir gün istirahət götürməsi yay fəsli ilə bağlıdır. Qərar sentyabrın ilk həftəsinə qədər qüvvədədir. Qəzetlər sentyabrdan yenidən hər gün satışa çıxmaq niyyətindədirlər.
Beləliklə, bu həftədən etibarən “Azadlıq” və “Yeni Müsavat” qəzetləri bazar günləri satışda olmayacaq.
“Azadlıq” və “Yeni Müsavat” 6 günlük iş rejiminə keçdi
•
•


