Braziliyadakı dünya çempionatında 1/8 final mərhələsi çərçivəsində Hollandiya və Meksika mililəri qarşılaşıb. Oyunda hesabı Meksika yığması açsa da, hollandlar iki top vuraraq 1/4 mərhələyə yüksəlib.
Qollar: Dos Santos, 48 (0:1), Sneyder, 79 (1:1), Huntelar, 90+4-pen. (2:1)
Növbəti mərhələdə Hollandiyanın rəqibi Kosta-Rika- Yunanıstan oyununun qalibi olacaq.