“Başa düşmədikləri məsələ haqqında danışmasınlar”
NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov Milli Məclisin vitse-spikeri Bahar Muradovanın diplomatik səhvinə sərt irad bildirib. O, öz açıqlamasında qeyd edir: “Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova və digər millət vəkili Rəbiyyət Aslanovanın “Azadlıq” radiosunun “Rusiya Ukrayna ərazisini işğal edibmi?” sualına verdikləri cavab Azərbaycan diplomatiyasının fiaskosu kimi dəyərləndirilməlidir. 20 faizdən çox ərazisi Rusiyanın açıq dəstəyi ilə işğal edilmiş bir ölkənin yüksək vəzifəli rəsmilərinin işğal faktına bu cür yanaşması xarici siyasətin böhranlı vəziyyətindən xəbər verir. NATO Əməkdaşlıq İnstitutu olaraq bu mövqeyi sərt əklildə pisləyirik və bu məsələ ilə bağlı konkret addımlar da atacağıq. Biz hər iki millət vəkilini Azərbaycanın strateji mənafelərinin ən azı, yanlış dərk olunması üzündən göstərdikləri bu mövqeyə görə ciddi şəkildə qınayırıq. Xatırladırıq ki, məhz bu cür siyasi və diplomatik səhvlər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini ciddi təhdid altına alır. Bu səviyyədə təmsil olunan vəzifəli adamlar bəhs etdikləri məsələlərə bələd olmalı və naşı bəyanatlarla ölkə diplomatiyası üçün problem yaratmamalıdırlar”.
azadliq.info


