“Azərbacanda müxalifəti susudurmaq üşün ədalətsiz həbslər, döyülmələr baş verir”
Bakıda ATƏT Parlament Assambleyasının sessiyası davam edir.
İyunun 29-da müzakirələr ATƏT PA-nın demokratiya, insan hüquqları və hamanitar məsələlər üzrə komitəsində davam edib. Serbiyadan olan deputat Qordana Qomis insan hüquqları, miqrantlarla bağlı hesabatla çıxış edib. Deputat ATƏT üzvü ölkələrinin miqrantlar məsəlsinə tolerant yanaşmasının vacib olduğunu deyib.
Azərbaycanda siyasi məhbus məsələsi
Q.Qomis siyasi məhbuslar məsəlsinə də toxunub: “Siyasi məhbuslar çox mühüm məsələdir. Bunu həll etmək çox asandır. Bu, həll edilməlidir. Bir də bu elə məsələdir ki, biz qətnaməni qəbul edəndə ehtiyatlı davranmalıyıq”.
ATƏT-in Demokratiya və İnsan Haqları Komitəsinin sədri İsabel Santos həbsdə olan jurnalist Əvəz Zeynallı və Seçkilərin Monitornqi və Demokratiyanın Tədrisi təşkilatının sədri Anar Məmmədli ilə görüşmək üçün Azərbaycan rəsmi qurumlarına müraciət etdiyini bildirib.
İsveçdən olan deputat Marie Nordon Azərbacan və Qazaxıstandakı vəziyətdən danışıb. Bu ölkələrdə siyasi məhbusların olduğunu deyib: “Azərbacanda hökuməti tənqid edənlərə təzyiqlər edirlər. Müxalifətin səsini susudurmaq üşün ədalətsiz həbslər, döyülmələr baş verir”.
Azərbaycanın inkarı
Azərbaycan nümayəndə heyətindən Rəbiyyət Aslanova ölkədə siyasi məhbusların olmadığını deyib: “Burda siyasi məhbuslar məsələsindən danışıldı. Hesab edirəm ki, bu, Azərbaycan və bir sıra ölkələrə təzyiq vasitəsidir. Ölkəyə siasi məhbus məsələsi ilə təzyiq etmək olmaz. Məncə siz siyasi məhbus məsələsindən danışarkən həmin adamların hansı cinayəti etdiyini araşdırın. Azərbaycanda siyasi fəaliyyətinə görə həbs edilən yoxdur. Azərbaycan demokratiya yolunda addımlayan ölkədir. Hesab edirəm ki, Azərbaycanla bağlı danışanda, Azərbacandakı vəziyyəti müzakirə edəndə ölkədə bir milyondan çox daxili miqrantın olmasını da diqqətdə saxlamaq lazımdır. Ermənistan ordusu Azərbacanın 20 faiz torpağını işğal edib. Sizcə, Azərbaycan hansı addımları atmalıdır ki? Biz istəyirik ki, ATƏT bizə bu məsələdə yardım etsin”.
Erməni həyasızlığı
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan ondan əvvəl Xocalı faciəsi ilə bağlı səsələnən fikirlərə toxunub: “Burda Xocalı faciəsindən danışıldı. Bu indiki dövr üçün bir faciə və biabrçılıqdır. Amma onu deyim ki, Ayaz Mütəllimov öz müsahibəsində demişdi ki, ermənilər Xocalı sakinləri üçün ərazidən çıxmaq üçün dəhliz açmışdı. Amma AXC hakimiyəti buna şərait yaratmamışdı, faciə də bu səbəbdən baş verib. Onu deyim ki, hazırda Dağlıq Qarabağ respublikası demokratik bir respublikasıdır”.
Erməni deputat daha sonra Krım məsələsinə toxunub. O, Krımın işğal olunmadığını, xalqların öz müqəddəratını müəyyən etdiklərini deyib.
Ukraynanın etirazı
Ukrayna nümayəndə heyətinin rəhbəri Oleq Zarubinski Ermənistan nümandəsinin dediklərinə etiraz edib: “Biz iki gündür eyni mənbədən iki sözü eşidirik. Biri ərazi bütövlüyü, digəri isə Krımla bağlı xalqların müqəddəratı məsələsi. Bu tamamilə səhv yanaşmadır. Kırım Ukraynanın ayrılmaz hissəsidir və bundan sonra da belə olacaq. Qaldı xalqların öz müqəddəratı məsləsinə bu da tamamilə səhv yanaşmadır. Kırımda bir xalq yaşamır, orda Krım tatarları və digər millətlər var. Ona görə də Ermənistandan olan həmkarımın dediklərində yanlışlıq var”.
İşğal faktının etirafı
Azərbacan parlamentinin vitse-spikeri Bahar Muradova da Ermənistan nümayəndəsinin çıxışına etiraz edib: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bir yandan da çəkinmədn deyirsiniz ki, Ermənistan silahlı birləşmələri Xocalı əhalisinə şəhəri tərk etməyə imkan verən dəhliz yaradıb. Siz Azrbaycan torpağını işağal edirsiz, sonra da deyirsiniz azərbaycanlılara dəhliz verilmişdi. Bu, biabırçılıqdır. Bu, işğal faktının etirafıdır…”.
Məlumatlar “Azadlıq” radiosundan götürülüb.