Putindən Abbas Abbasova yüksək etimad

Krım tatarları ilə dialoq Abbas Abbasova tapşırıldı

Rəsmi Moskva baş nazirin keçmiş müavini, “AzerRos” – Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin Ağsaqqalar Şurasının sədri Abbas Abbasova Krım tatarlarının Rusiyaya interqasiyası üçün nəzərdə tutulmuş ideoloji işlərin təşkil olunmasını tapşırıb. Modern.az bildirir ki, bu barədə Rusiya Regional Inkişaf Naziriyi yanında milli-mədəni muxtariyyət işləri üzrə Məsləhət Şurasının iclasında çıxış edən nazir Iqor Slyunyaev çıxışı zamanı deyib.
“AzerRos”un rəhbərliyinin iştirakı ilə Keçirilən iclasda qurumu prezident Asif Məhərrəmov və Federal Şuranın sədri Mehriban Sadıqova iştirak edib. Toplantıda əsas diqqət Krım və Sevastopola yönəldilib. Nazir Slyunayev “AzerRos”u Krım tatarları ilə bağlı fəal işləməyə çağırıb. Iclasın əsas hədəfi isə Milli-Mədəni Muxtariyyətin vasitəçiliyi ilə Krım və Sevastopolda yaşayan xalqlarla işgüzar dialoqun qurulması  olub. Slyunayev bildirib ki, hazırda Krımda regional milli muxtariyyət yaradılır və sənədləşmə işləri gedir. “Amma krım tatarları ilə əlaqə yaratmaq çox çətin məsələyə çevrilib”, -deyə nazir söyləyib. O qeyd edib ki, “AzerRos” bu iki yeni subyektin vahid məkan olaraq Rusiyaya inteqrasiyası üçün fəal əməkdaşlıq etməlidir. Iclas zamanı Rusiya cəmiyyətində yaşayan müxtəlif xalqların inteqrasiyası üçün milli-mədəni təşkilatların böyük əhəmiyyət daşıdığı vurğulanıb.
“AzerRos”un prezidenti Asif Məhərrəmov çıxışında bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan və Rusiya arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsndə çox ciddi şəkildə maraqlıdır. “Krım məsələsinə gəlincə, Abbas Abbasov və AzerRos preident Putinin siyasi xəttini dəstəkləyir. Başqa cür də ola bilməz. Biz hesab edirik ki, Krımla bağlı qərar yeganə düzgün,cəsur addım idi”, – deyə o bildirb.
Asif Məhərrəmov hökuməti “AzerRos”u Rusiyada fəaliyyət göstərən azərbaycanlı təşkilatlar içində əsas diaspor təşkilatı olaraq tanımağa çağırıb. “Əgər bizim təşkilat dövlət hakimiyyətində milli icmanı təmsil edən əsas institut olarsa bu qurumun əhəmiyyətini bir neçə dəfə artıracaq və bir sıra milli təşkliatlar ərəfindən aparılan müxtəlif spekuliyasiyalarının qarşını alacaq”,- deyə A.Məhərrəmov vurğulayıb(virtualaz.org).
Abbas Abbasova belə bir səlahiyyət verilməsi Moskvanın baş nazirin keçmiş müavini işlədiyini bir daha ortaya qoyur. Qeyd edək ki, Abbas Abbasovun Azərbaycan hakimiyyətinin hədəfinə gəlməsinin kökündə onun Kremllə yaxınlığı və ondan YAP iqtidarına qarşı istifadə edilə bilməsi təhlükəsinin olması dayanırdı. Güman ki, Putinin Abbas Abbasova Krımla bağlı məsələdə etimad göstərməsi Azərbaycan hakimiyyətində baş nazirin keçmiş müavininə qarşı daha da aqressivləşdirəcək.