Dünya çempionatında qrup mərhələsi başa çatmaq üzrədir. C qrupunda Yaponiya – Kolumbiya və Yunanıstan – Kot-d’İvuar görüşləri keçirilib. Növbəti mərhələyə vəsiqə qazanmış Kolumbiyaya qrup lideri olmaq üçün 1 xal da kifayət edirdi. Ancaq komanda yaponları darmadağın edib. Oyun 4:1 hesabı ilə başa çatıb.
Qollar: Okazaki, 45 – Quadrado, 17 (pen); Martines, 55; 82; Rodriqes, 90
Bu qrupun maraqla gözlənilən görüşü isə Yunanıstan – Kot-d’İvuar matçı olub. Gərgin oyunun taleyi sonuncu dəqiqələrdə həll olunub. 90-cı dəqiqəyə qədər matçda hesab 1:1 olub və bu Afrika təmsiliçisinə növbəti mərhələyə çıxmaq imkanı verirdi. Amma son dəqiqədə Kot-dİvuar futbolçularının kobud və lazım olmayan qayda pozuntusu yunanlara penalti hüququ verib. Samaras zərbəni dəqiq yerinə yetirərərk komandasının 1/8 finala çıxarıb.
Qollar: Samaris, 42; 90 – Bony, 74
Bu nəticələrlə 1/8 finalda Kosta Rika Yunanıstanla, Uruqvay isə Kolumbiya ilə qarşılaşacaq.