2014 Dünya Çempionatında E qrupunda son turun görüşləri keçirilib. Fransa Ekvadorla, İsveçrə Hondurasla qarşılaşıb.
Fransa-Ekvador oyununda hesab açılmayıb. İsveçrə isə Hondurasın qapısından 3 cavabsız top keçirib. Qolların üçünü də Xerdan Şaqiri vurub.
Beləliklə, E qrupundan Fransa və İsveçrə 1/8-ə vəsiqə qazanıb. Ekvador və Honduras isə mundialla vidalaşmalı olublar.
DÇ-2014: Fransa və İsveçrə 1/8-də
•
•