Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. F qrupunda növbəti mərhələyə çıxmaq ümidi olmayan Bosniya və Hersoqovina İran millisi ilə üz-üzə gəlib. 1/8 finala çıxmaq şansı olan İran bu oyunda mütləq qələbə qazanmalı idi. Lakin oyun Bosniya və Hersoqovinanın 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Qollar: Dzeko, 23 (1:0), Pyaniç, 59 (2:0), Rza Qhooçannecad, 82 (2:1), Vrenyes, 84 (3:1)
Qrupun digər oyununda qrup lideri kimi 1/8 mərhələyə çıxan Argentina Nigeriya millisi ilə qarşılaşıb. Oyun Argentina yığmasının 3-2 hesablı qələbəsi ilə başa çats da, İranın məğlubiyyəti Nigeriyanın növbti mərhələyə çıxmasını təmin edib.
Qollar: Messi, 3 (0:1), Musa, 4 (1:1), Messi, 45+2, Musa, 48 (2:2), Roxo, 50 (2:3)
1/8 finalda Argentina E qrupunda ikinci yer tutan komanda ilə, Nigeriya isə E qrupunun lideri ilə qarşılaşacaq.