O, ABŞ və Meksikanın şimal-qərbində narkotik şəbəkəsinin çox hissəsinə nəzarət edib
Meksika ordusu Tixuan narkotik biznesinin nüfuzlu lideri Luis Fernando Sançes Arelyanonu saxlayıb.
ANS PRESS-in məlumatına görə, o, Meksika və Xorvatiya arasında futbol üzrə dünya çempionatının oyununa baxarkən evdə həbs edilib.
Qeyd edək ki, Luis Fernando Sançec Arelyano Tixuan narkotik biznesinin baniləri Arelyano Feliks qardaşlarının bacısı oğludur.
1990-cı illərdə o, ABŞ və Meksikanın şimal-qərbində narkotik şəbəkəsinin çox hissəsinə nəzarət edib.
Son illər ərzində bu şəbəkənin bir neçə lideri həbs edilib və ya öldürülüb.
Xatırladaq ki, 52 yaşlı narkobaronu tutana ABŞ Dövlət Deportamenti 5 milyon dollar mükafat söz vermişdi.