Dünya çempionatında üçüncü turun oyunlarına start verilib. İlk oyun günündə B qrupunda Avstraliya İspaniya ilə, Hollandiya isə Çili ilə qarşılaşıb. İspaniya və Avstraliya ilk oyunlarında məğlub olduqları üçün son oyun təsəlli xarakteri daşıyırdı. Bu oyunda son düyna çempionları 3-0 hesablı qələbə qazandı.
Qollar: David Vilya, 36 (0:1), Fernando Torres, 69 (0:2), Xuan Mata, 82 (0:3)
Hollandiya-Çili oyununda isə qrupun lideri müəyyən olmalı idi. Bu oyun Hollandiya yığmasının 2-0 hesablı qələbəsi ilə başa çatdı.
Qollar: Fer, 77 (1:0), Depay, 90+2 (2:0)
Bu nəticə ilə qrup lideri olan Hollandiyanı 1/8 mərhələdə A qrupunda ikinci yer tutan komanda ilə qarşılaşacaq. Çili isə A qrupunun lideri ilə üz-üzə gələcək.