DÇ-2014: Braziliya Çiliyə, Meksika Hollandiyaya rəqib oldu

Dünya çempionatında qrup mərhələsində  üçüncü turun oyunları davam edir. A qrupunda Kamerun Braziliya ilə, Meksika isə Xorvatiya ilə qarşılaşıb. Növbəti mərhələyə çıxmaq şanslarını itirən Kamerun son oyun da məğlub olub. Braziliya yığması 4-1 hesablı qələbə qazanıb. 

 

 

Qollar: Neymar, 17 (0:1), Matip, 26 (1:1), Neymar, 35 (1:2), Fred, 49 (1:3), Fernandinyo, 84 (1:4)

Braziliya bu qələbə hesabına qrup lideri kimi növbəti mərrhələyə aadlayıb. 1/8 mərhələdə Braziliya B qrupunun ikincisi olan Çili yığmasl ilə qarşılaşcaq. 

Meksika-Xorvatiya qarşılaşmasında birincilərə növbəti mərhələyə çıxmaq üçün heç-heçə də kifaayət edirdi. Bununla belə Meksika 3-1 hesablı qələbə qazanıb.

Qollar: Rafael Markez, 72 (0:1), Quadrado, 75 (0:2), Xavyer Hernandez, 82 (0:3), Perişiç, 87 (1:3)

 

Braziliya yığması ilə xalları eyni olsa da, yalnız topların fərqinə görə qrupda ikinci yer tutub. Növbəti mərhələdə Meksikanın rəqibi B qrupunun lideri Hollandiya yığması olacaq.