Litvanın xarici işlər naziri Linas Linkyaviçyus: “Rusiyaya qarşı əlavə tədbirlər də görüləcək”
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Krımdan Aİ-yə malların idxalına qadağa qoyulması barədə razılığa gəliblər.
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus verdiyi açıqlamada bildirib ki, Rusiyaya qarşı əlavə tədbirlər də görüləcək.
“Biz prinsipial mövqe nümayiş etdirdik. Aİ-nin Krımın Rusiyaya birləşməsinin qəbul edilməməsi üzrə siyasəti çərçivəsində digər tədbirlər də görüləcək”. (anspress.com)


