«İraq xalqı özünə yeni liderlər tapmalıdır»
Vaşinqton ümid edir ki, İraq xalqı ölkənin bütn əhalisinin maraqlarını təmsil edə biləcək liderlər tapa bilər. Bunu Qahirədə Yaxın Şərqə səfərə çıxan ABŞ dövlət katibi Con Kerri bildirib.
Kerrinin sözlərinə görə, ABŞ hökuməti İraq üçün lier axtarmalı deyil.
Dövlət katibi Qahirəyə Misirin yeni prezidenti Əbdel Fəttah Əl-Sissi ilə danışıqlarr üçün gəlib.
Con Kerri Misirdə hakimiyyət dəyişikliyindən sonra bu ölkəyə səfər edən ilk ABŞ rəsmisidir.
Kerrinin Misirin yeni rəhbərini fəaliyyəti qadağan edilən «Müsəlman qardaşları» hərəkatı ilə dialoqa dəvət edəcəyi gözlənilir. O, həmçinin ölüm hökmünə məhkum edilmiş hərəkat üzvlərinin məsələsini də qaldıracaq, eyni zamanda «Əl-Cəzirə» kanalının həbs edilən jurnalistlərinin azad edilməsinə çalışacaq.
BBC-nin məlumatına görə, Kerrinin səfərinin əsas məqsəd Vaşinqtonun Misirin yeni lideri ilə münasibətləri yaxşılaşdırmaq cəhdidir.
Dövlət katibinin Yaxın Şərqə səfəri zamanı İraq münaqişəsinə görə neftin nəqlində yaranan problemi müzakirə edəcəyi də gözlənilir.
azadlıq.info


