Çində zooparklardan birində iki kenqurunun davası bunu görənləri həm güldürüb, həm də qorxuya salıb. Bir-birinə hücum çəkən hətta ziyarətçilərdən birinin onları ayırmaq cəhdini də sanki “sən qarışma” işarəsi ilə nəticəsiz buraxıb. Turistlərin sadəcə izləməkdən başqa bir şey edə bilmədikləri davanı zoopark görəvliləri dayandırıb. Kenquruların davasını turistlərdən biri kamerasının yaddaşına köçürüb və yayıb.