Kanadadan Rusiyaya zərbə

11 Rusiya və Ukrayna vətəndaşına sanksiyalar tətbiq ediləcək

Kanadanın baş naziri Stiven Xarper bu gün daha 11 Rusiya və Ukrayna vətəndaşına sanksiyaların tətbiqi barədə xəbər yayıb. Bu haqda Kanada hökumətinin mətbuat xidməti bildirib.

Xarperin iddiasına görə, bu şəxslər Ukrayna müstəqilliyinin pozulmasına və ölkənin ərazi bütövlüyünə zidd hərəkətlər ediblər. 

“Biz bundan sonra da Ukraynadakı qarşıdurmalara rəvac verənlərə təzyiq göstərəcəyik”, – deyə Kanada baş naziri deyib.

Sanksiya siyahısına daxil edilmiş şəxslərin adları hələ açıqlanmayıb. (anspress.com)