Latviyadakı səfirliyimizdə nə baş verir?

Səfirlik əməkdaşları bir-birinin arxasınca Bakıya çağırılırılar

Bir müddət əvvəl ölkə mətbuatında Latviyadakı Azərbaycan konsulluğu ətrafında qalmaqalla bağlı slsilə yazılar getdi. Bu yazılar konsul Nicat Sadıqovun Riqadakı restoranların birində dava-dalaşa düşməsi və başqa macəralarından bəhs olunurdu.

Bu günlərdə Latviyadan sızan xəbərlərdə bu məsələ ilə bağlı ilginc detallar bəlli olub. Məsələ bundan ibarətdir ki, məlum yazılardan sonra konsul Nicat Sadıqovun xarici İşlər Nazirliyinə çağırılması barədə xəbər var. Riqadakı səfirliyə yaxın mənbələrdən biri isə hətta iddia edir ki, konsul Nicat Sadıqov Bakıda olduğu zaman Xarici İşlər Nazirliyində və Milli Təhlükəsizlik Nazirliyində soruşdurulub.

Hal-hazırda, səfirliyin və konsulluğun digər əməkdaşlarının da Bakıya eyni məqsədlə çağırıldaqları bildirilir.

Xəbəri dəqiqləşdirməyə və təfsilatı barədə oxucuları məlumatlandırmağa çalışacağıq.

azadliq.info