DÇ-2014: Yaponiya və Yunanıstan qolsuz bərabərliyə razılaşdılar

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. C qrupunun digər oyununda Yaponiya və Yunanıstan komandaları üz-üzə gəlib. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 03:00-da verilib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq qapılara qol vurulmayıb – 0:0.