Əfsanə zibilliyə atıldı FOTO

Əfsanəvi aktrisa, dünyanın ən gözəl sarışın qadınlarından biri olan Merlin Monronun heykəli zibilliyə atılıb. Heykəl Çinin cənubundakı Guangxi Zhuanq bölgəsində mərkəzi küçələrdən birinə yerləşdirilmişdi.

M.Monronun məşhurlaşmasında böyük rol oynayan filmdəki səhnəsinə uyğun hazırlanan nəhəng heykəl adıçəkilən şəhərdə 6 ay sərgilənib.

Heykəlin hündürlüyü 8 metr olub. Ağ geyimi uçan Merlin Monronun bu heykəlinin hazırlanmasında paslanmaz metaldan istifadə edilib. Əfsanənin iki il öncə hazırlanan heykəlinin müaəllifi çinli sənətçilər olub.

Heykəlin nə üçün belə qısa zaman ərzində zibilə atıldığı açıqlanmır.

Qeyd edək ki, M.Monronun eyni heykəli ABŞ-ın Çikaqo şəhərində də mövcuddur (ans press).