Dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları başlayıb. İlk oyunda A qrupundan Braziliya və Meksika yığmaları qarşılaşdı. Hər iki yığma ilk oyunda qələbə qazanmışdı. Bu səbəbdən də oyunda qalib gələn tərəf üçüncü turun nəticəsində asılı olmayaraq 1/8 mərhələyə çıxacaqdı. Lakin oyunda hesab açılmadı və tərəflər hərəyə bir xal qazanaraq qrupun taleyini üçüncü tura saxladı.