DÇ-2014: Belçika Əlcəzairi məğlub etdi

Dünya çempionatında qrup mərhələsi çərçivəsində birinci turun son oyunları keçirilir. H qrupunun ilk oyununda Belçika və Əlcəzair yığmaları üz-üzə gəlib. Belçika yığmasının 2-1 hesabı ilə qqalib gəldiyi oyunda hesabı 25-ci dəqiqədə Əlcəzair yığması açıb. Fegouli penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin 70-ci dəqiqədə Fellaini və 80-ci dəqiqədə Mertensin vurduğu qollar Belçika yığmasına qələbə qazandırıb.  

Qrupun digər matçında Rusiya və Cənubi Koreya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.