Mirməhəmməd Seyidovun həbsdə saxlanılmasının sirri
Azərbaycan hakimiyyəti Türkiyədə həbs edilən Sədərək gömrük məntəqisinin rəisi Mirməhəmməd Seyidovun azadlığa buraxılması üçün ciddi səylər göstərsə də bir nəticə hasil olmur.
Redaksiyamıza daxil olan məlumata görə Türkiyə hökuməti heç bir halda Mirməhəmməd Seyidovu azadlığa buraxmaq niyyətində deyil. Qeyd edək ki, Mirməhəmməd Seyidov Türkiyədəki rüşvət əməliyyatları zamanı həbs edilib. Həmin əməliyyatlarda həbs edilən əsas şəxslərin bir çoxu (Rza Zərrab və başqaları) Mirməhəmməd Seyidovdan fərqlı olaraq artıq azadlıqdadır. Redaksiyamıza daxil olan məlumata görə, Mirməhəmməd Seyidovun həbsdə saxlanılması Ərdoğan hökumətinin baş verənlərdə Azərbaycana qarşı qəzəbli olması ilə bağlıdır. Bəllidir ki, bu əməliyyatlar Ərdoğan hökumətinə qarşı yönəlmişdi. Məlumatda bildirilir ki, Türkiyə hökumətinin qənaətinə görə Rza Zərrabın timsalında Ərdoğanın yaxın çevrəsinə daxil olan şəxslərin Iranın çirkli pullarının yuyulması ilə bağlı məşğul olması barədə informasiya məhz Azərbaycan tərəfdən sızdırılıb. Bu məsələ ilə bağlı Azərbaycanın gömrük orqanları və onların himayədarı barədə şübhələr var. Iddialara görə həmin ərəfədə Ərdoğanın yürütdüyü siyasətin təbliği ilə məşğul olan məşhur “Kurtlar vadisi pusu” serialında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hədəfə alınması da bununla bağlı olub. Xatırladaq ki, serialda Kəmaləddin Heydərov Israilin adamı kimi təqdim olunur.
Məlumata görə, Mirməhəmməd Seyidovun həbsdə saxlanılması həm də ondan Azərbaycan hakimiyyətinə qarşı müəyyən ifadələr almaq üçündür. Hakimiyyət də elə bundan narahat olaraq onun azadlığa buraxılmasına çalışır.