Əliyev Barrozonun səfərini neytrallaşdırır

«Tərəflər AB üçün aktual olan demokratiya məsələsindən yan keçə bilmədilər. Bakıda bu barədə danışmağı sevmirlər»

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo “Şərq Tərəfdaşlığı”nın üzvü olan üç postsovet ölkəsinə – Moldova, Gürcüstan və Azərbaycana vida səfəri edib. Noyabrda o, rəhbərliyi öz xələfinə, ehtimal ki, Lüksemburqun keçmiş meri, ardıcıl avrointeqrasiyaçı Jan-Klod Yunkerə verəcək.
Bu namizədliyi Avropanın iqtisadi nəhəngi Almaniyanın müdafiə etməsi təkcə AB yox, Avropa Birliyi ətrafında avrointeqrasiya prosesinin sürətlənməsi və dərinləşməsi planından xəbər verir. Burda isə altı keçmiş sovet respublikasına – sadalananlar, eləcə də Ukrayna, Ermənistan və Belarusa böyük diqqət ayrılır.
Barrozonun Avropa Komissiyasının başçısı postunda axırıncı, musiqi slenqi ilə desək “koda” yüksəlişi “Şərq Tərəfdaşlığı” Proqramı planının böyük uğuru və nisbi iflası ilə səciyyələndirilir. Bu proqramın üç ölkəsi – Moldova, Gürcüstan və Ukrayna iyunun 27-də assosiasiyanın və azad ticarətin tam hüquqlu üzvü olacaq, bunu AB-nin Şərqə irəliləməsində birmənalı geosiyasi qələbə saymaq olar.   
Digər ölkələr: müxtəlif səbəblərdən hərəkatın sonunda gedən Azərbaycan, Ermənistan və Belarus Barrozonun xələfinə xeyli başağrısı yaradacaq – autsayderlər hələ AB ilə əlaltılarının onu tərk edəcəyindən narahat olan Rusiya arasında müxtəlif dərəcəli siyasi manevrlər edir.
Prezident Barrozonun Avropa prosesinə iki forvard və bir autsayderi seçməsi ilk baxışdan qəribədir və balans yaratmaq arzusu ilə haqq qazana bilər. Amma Cənubi Qafqazda balansı regional spektdə yaradırlar, yüksək vəzifəli şəxslər bir yox, hər üç ölkəyə səfər edir. Barrozu səfər öncəsi qeyd edib ki, Ermənistana səfər nəzərdə tutulmayıb, çünki səfər regional xarakter daşımır. Bu, diplomatik formal cavabdır. Xarakterikdir ki, digər Avropa strukturlarının rəhbərlərindən fərqli olaraq, Barrozonun Cənubi Qafqaza səfəri heç vaxt regional xarakter daşımayıb – 2011-ci ilin yanvarında Azərbaycana, 2012-ci ilin dekabrında Ermənistana səfər etdi. Bu, onun göstəricisi ola bilər ki, o, əməkdaşlığın regional yox, AB və tərəfdaşlarının hazırladığı məqsəd və vəzifələrdən asılı olaraq fərdi, ikitərəfli aspektinə prioritet verib.
Bu dəfə də belə alındı. Brüsseldə saziş imzalanması öncəsi Moldova və Gürcüstana səfər tərəflərin niyyətinin qəti olduğunu göstərdi, Azərbaycana səfər Moskvanın təzyiqinə müqavimət göstərən Azərbaycanın Avropa seçiminə mənəvi-siyasi dəstək göstərə bilər. Təsadüfi deyil ki, Barrozo Moldovada Rusiyanı postsovet ölkələrin seçim və suverenitetlərinə hörmət etməyə çağırdı: “Assosiasiya Sazişi heç kimə qarşı deyil. Tam şəffaf hərəkət edirik. Rusiya isə etiraf etməlidir ki, müstəqil suveren ölkələrin başqa ölkələrlə saziş imzalamaq hüququ var”.
Prezident Ilham Əliyev, adətən, zəif Avrointeqrasiya siyasətini Rusiyanın təzyiqi, AB ilə Rusiya arasında balans pozulsa, baş verəcək təhdidlərlə izah edir. Amma Rusiyanın nüfuz dairəsində olan Ermənistandan fərqli olaraq Rusiya layihələrində – Gömrük Ittifaqı və Avrasiya Ittifaqında iştirakdan imtina edir, bunu AB tərəfindən sanksiya qorxusu ilə izah edir. Avropada Ermənistan və Belarusdan daha artıq ifadə edilən Avropa prioriteti saxlandığından Azərbaycanın qoşulmamaq xəttini anlayışla qarşılayırlar.    
Bu halda Avropa Birliyi “Şərq Tərəfdaşlığı”nda öz siyasətini şaxələndirməli, Azərbaycan, Ermənistan və Belarusla daha yumşaq oyun oynamalıdır. Bunu Azərbaycanla modernləşmə haqqında protokol imzalanması da göstərir. Siyasi, iqtisadi və başqa sahələri əhatə edən “modernləşmə modeli”nə Əliyev administrasiyası tərəfindən çoxdan lobbiçilik edilir. Hələlik tərəflər yeni modelin təfərrüatını açıqlamır, ehtimal ki, söhbət avtoritar dövlət sistemində təkamül yolu ilə islahatdan gedir.
Azərbaycanın avrointeqrasiya yönümünü statistika da göstərir: Azərbaycanın xarici ticarət dövriyyəsinin 42%-i AB-nin payına düşür və burda neft əsas yer tutur. Perspektivdə qaz da belə məhsul olacaq. O, Azərbaycanla yanaşı Türkmənistandan da tədarük ediləcək. Azərbaycan Mərkəzi Asiya, hətta Irandan enerji resurslarının Avropaya nəqli üzrə vacib xaba çevrilir.
Əlbəttə, Bakıda tərəflər AB üçün aktual olan demokratiya və insan haqları məsələsindən yan keçə bilmədilər. Bakıda bu barədə danışmağı sevmirlər. Bunu Avropa Komissiyası və Əliyev administrasiyasının səfər barədə anonsundan da görmək olar. Birinci siyasi məsələləri vurğulayır, ikinci diplomatik şəkildə hər şeyi AB ilə Azərbaycan arasında ticari münasibətlərə bağlayır. Avropa Komissiyası dəfələrlə neft hasil edən ölkədə demokratiya və insan haqlarına hörmətin zəruriliyini həyəcanla xatırladıb, amma boş yerə.
Əliyevin bu məsələdə ciddi güzəştə gedəcəyi az ehtimal olunur. Bunu təkcə modenrləşmə layihəsi göstərmir. O, başqa hallarda olduğu kimi, Barrozonun səfərini Rusiya qırğılarının – baş nazirin müavini Dmitri Roqozinin və XIN rəhbəri Sergey Lavrovun səfərləri ilə hamarlayır. Onlar Avropa Komissiyasının rəhbərinin ardınca növbə ilə  Rusiyanın xeyrinə çox yüksək balansla xarakterizə olan  xarici ticarət münasibətlərinin səviyyəsini artırmaq üçün Bakıya gəlirlər. 
Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiya prosesi güclənəndən sonra AB ilə Rusiya arasında artan qarşıdurma iki geosiyasi mərkəz arasındakı vuruşda bu mübarizənin liderinin tərəfinə əyilməkilə Əliyevə imkan verir ki, müəyyən müddət balans yaratmaqda davam etsin.

“Turan” Analitik Xidməti