Dünya çempionatında qrup mərhələsi çərçivəsində G qrupunun ilk matçında Almaniya və Portuqaliya milliləri üz-üzə gəlib.
Oyun Almaniya yığmasının 4-0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 12-ci dəqiqədə penalti zərbəsində Tomas Müller açıb. 32-ci dəqiqədə Mats Hummels fərqi ikiyə çatdırıb. 37-ci dəqiqədə Portuqaliya azlıqda qalıb. Pepe qırmızı vərəqə alaraq meydandan qovuldu. Birinci hissənin son dəqiqəsində Tomas Müller özünün ikinci, komandasının 3-cü qolunu vurdu. Oyunda son nöqtəni də 78-ci dəqiqədə Müller qoydu.