DÇ-2014: Fransa Hondurasın sensasiya etməsinə imkan vermədi

Dünya çempionatında qrup mərhələsi çərçivəsində E qrupunun ikinci matçında Fransa və Honduras milliləri üz-üzə gəlib. Oyun Fransa yığmasının 3-0 hesablı qələbəsi ilə başa çatıb. 44-cü dəqiqədə Honduras yığması azlıqda qalıb və qapısına penalti təyin edilib. Kərim Benzema dəqiq zərbə ilə hesabı açıb. 48-ci dəqiqədə Valladares avtoqolla yadda qalıb. 73-cü dəqiqədə Benzema özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. 

Gecə saatlarında isə F qrupunun ilk görüşündə Argentina millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.