Rövnəq Abdullayevin qohumu özünü təmizə çıxarır

Xədicə İsmayıl: «SOCAR Trading» fəaliyyəti ilə bağlı hesabat vermək istəyirsə, bunu konsaltinq şirkəti deyil, tanınmış beynəlxalq audit şirkəti etməlidir»

Təxminən yarım il əvvəl “Azadlıq” radiosu Böyük Britaniyanın “Global Witness” təşkilatının araşdırmasına istinadən Azərbaycan cəmiyyətini növbəti sensasiya ilə üzbəüz qoymuşdu. Cəmiyyətdə ciddi rezonans yaradan bu material ARDNŞ-lə bağlı ciddi korrupsiya faktlarını ortaya çıxarmışdı.

Məlum olmuşdu ki, SOCAR-ın neftinin satışını “SOCAR Trading SA” şirkəti həyata keçirirmiş. Bu şirkətə isə Rövnəq Abdullayevin qohumu Anar Əliyev rəhbərlik edirmiş. Sonradan məlum oldu ki, A.Əliyev SOCAR-ın digər sifarişlərini də icra edir. “Global Witness” təşkilatının dərc etdiyi hesabatla yanaşı, Azadlıq radiosunun əməkdaşı Xədicə Ismayılın da müəyyən araşdırmaları olmuşdu. Məlum olmuşdu ki, SOCAR neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalıb.ÿIngiltərənin Global Witness təşkilatının araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.

Amma bu məqalə işıq üzü görən kimi dərhal qarşı tərədən buna sərt reaksiyalar sərgilənməyə başladı. SOCAR A.Əliyevin daha uğurlu ideyalar təklif etdiyi üçün məhz onun seçildiyini bəyan etdi.

Hazırda ortaya çıxan daha bir maraqlı məlumat diqqət cəlb edir. Söhbət “Boston Consulting Group” (BSG) konsaltinq şirkətinin “SOCAR Trading”in 2008-2013-cü illəri əhatə edən fəaliyyətinə dair hesabatından gedir. (virtualaz.org) Hesabatda “SOCAR Trading”in fəaliyyətinin tam şəffaf olduğu vurğulanır. Sənəddə göstərilir ki, “ARDNŞ-in struktur bölmələrindən biri olan ”SOCAR Trading” şirkətinin yaradılması dünya bazarında xam neft çıxarılması işinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

BCG-nin qiymətləndirməsinə görə, “SOCAR Trading”in yaradılmasından sonra neft satışından gələn gəlir hər barrelə görə orta hesabla 1,7 dollar təşkil edib ki, bu da 2009-cu ildən etibarən ildə ortalama 360 milyon dollardan çox qazanc əldə etməyə imkan verib.ÿBeləliklə, “SOCAR Trading”in fəaliyyəti 2009-cu ildən başlayaraq dövlətin əlavə olaraq məcmu halda 1,8 milyard dollar artıq gəlir əldə etməsinə gətirib çıxarıb.

Bəs, “Global Witness” təşkilatının araşdırmasından sonra “Boston Consulting Group” (BSG) konsaltinq şirkətinin açıqladığı rəyi nə dərəcədə real saymaq olar? Çünki “Global Witness” təşkilatının araşdırması da konkret faktlara, sənədlərə əsaslanırdı…

Azadlıq radiosunun əməkdaşı Xədicə Ismayıl bildirdi ki, “SOCAR Trading”in fəaliyyəti ilə bağlı “Global Witness” təşkilatının araşdırmasında konkret rəqəmlər var idi: “Global Witness” təşkilatının araşdırmasındakı rəqəmlərin hamısı konkret rəqəmlərə əsaslanırdı. Bu rəqəmlərin qarşılığı olaraq başqa məlumatlar verilməlidir. Amma sözün düzü mən “Boston Consulting Group” (BSG) şirkəti haqqında eşitməmişəm. Adətən tanınmış beynəlxalq audit şirkətlərinin verdiyi rəylər əsas tutulur. “SOCAR Trading” dövlətə məxsus neftin satışı ilə məşğul olduğu üçün onun fəaliyyətini ciddi audit şirkəti rəy verməlidir. Bunu konsaltinq şirkəti etməməlidir”.

X.Ismayılın sözlərinə görə, “SOCAR Trading”lə bağlı “Boston Consulting Group”un elan etdiyi hesabat araşdırma predmeti ola bilər. Amma əgər “SOCAR Trading” ictimaiyyətə fəaliyyəti ilə bağlı hesabat vermək istəyirsə bunu konsaltinq şirkəti vasitəsi ilə deyil, tanınmış beynəlxalq audit şirkəti vasitəsilə etməlidir.

Hikmət