Dünya çempionatının qrup mərhələsi çərçivəsində D qrupunda ikinci oyunda İtaliya və İngiltərə yığmaları qarşılaşıb. İtaliya 2-1 hesablı qələbə qazanıb. Oyunda hesabı italyanlar açıb. 35 dəqiqədə Klaudio Markisio İtaliya yığmasını önə çıxarıb. Lakin 2 dəqiqə sonra Daniel Staric hesabı bərabərləşdirib. 50-ci dəqiqədə isə Mario Balotellinin vurduğu qol İtaliya yığmasına qələbə qazandırıb.
azadlıq.info