Günün ulduz falı (13.06.2014)

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Bu gün tərif deyil, tənqid eşidəcəksiniz. Səhvlərinizi anladığınızı və düzəltməyə çalışdığınızı deməyin isə heç faydası olmayacaq. Bununla da tənqidin qarşısını ala bilməyəcəksiniz. Bu gün sizin tərəfinizi tutanlara nəzər salın, onlar etibara layiqdirlər. 

BUĞA

Pulu böyük həvəslə xərcləyirsiniz. Alış-verişdən, əyləncədən böyük zövq alırsınız. Ancaq yaxşı olar ki, maddi vəziyyətinizi nəzərə alasınız. Ehtimal ki, yaxın ətrafınızla mübahisəyə yol açacaq anlaşılmazlıq yaşayasınız.

ƏKIZLƏR

Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı ekperiment arzuedilməzdir.

XƏRÇƏNG

Yeniliyə can atmaq sizin xeyrinizə olacaq. Həyatınızı görmək istədiyiniz kimi dəyişə bilərsiniz. Ətrafdakıların gözü qarşısında avtoritetiniz böyüyəcək. Yola çıxmaq üçün münasib gündür. Əhatənizdəkilər sizin uğurlarınızla yanaşı axsamalarınızı da görəcək. 

ŞIR

Qəribə gündür, hamı ilə dil tapırsınız, özünüzlə isə bacarmırsınız. Sizin barədə deyilən xoş ifadələrə gülürsünüz, çünki ətrafa neqativ baxışla baxırsınız. Təadüfi tanışların istəklərini reallaşdırmağa çalışırsınız. Bu isə sizi asan idarə edənlərin qurbanına çevirə bilər.

QIZ

Enerjilisiniz, heç nə məqsədə çatmağa maneə ola bilməz. Günün nəticələri sizin nə dərəcədə enercili olmağınızla bağlı olacaq. Strateji məsələlərin müzakirəsi, uzunmüddətli planların qurulması, müqavilə imzalanması üçün əlverişli gündür.

TƏRƏZI

Işgüzar partnyorlarınızla aranızda ciddi fikir ayrılığı olacaq. Könhə müttəfiqi yenisilə əvəz edəcəksiniz. Əməkdaşlığınızın məhsuldar olacağı gözlənilir. Ehtimal ki, işdə məhəbbət macərası yaşayacaqsınız.

ƏQRƏB

Ünsiyyət baxımından məhsuldar gündür. Bu səbəbdən də istədiyinizə çatmaq üçün faydalı sövdələşmə apara bilərsiniz. Hətta bir zamanlar düşmənlərinizin tərəfini tutan şəxsləri bu gün özünüzə cəlb edə biləcəksiniz.

OXATAN

Hisslərinizin əsiri olmayın. Günün hadisələri sizin hərəkətlərinizin nəticələrindən təzahür edəcək. Bu üzdən nələrsə istədiyiniz kimi alınmasa, günahkarı kənarda axtarmayın. Bu gün eksperiment edərək riskə getməyin.

OĞLAQ

Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək.

DOLÇA

Riskə getməyin. Gün ciddi problemlər yaşadacaq. Istənilən maliyyə işi ehtiyatlı olmağı tələb edəcək. bu sferada riskə getmək olmaz. Bu gün borca pul almayın və izdihamlı yerlərdə olmayın. Bürcün tənha nümayəndələri üçün bu gün yeni tanışlığa imza atmaq çətin olmayacaq.

BALIQLAR

Bu gün həyatınızı kökündən dəyişə biləcək qərar verə bilərsiniz. Bəzən mübahisələr zamanı yersiz inadkarlıq nümayiş etdirirsiniz, qarşı tərəfə kəskin ifadələr deyirsiniz. Xoşbəxtlikdən sizdən incimirlər və ətrafdakılarla münasibətiniz pozulmayacaq.