Dünya çempionatının ikinci oyun gününün ikinci oyununda son dünya çempionu İspaniya vitse-çempion Hollandiya ilə qarşılaşdı. Hesabı 26-cı dəqiqədə penalti zərbəsindən Xavi Alonso açdı. 44-cü dəqiqədə Van Persi hesabı bərbərləşdirdi. İkinci hissədə isə Hollandiya yığması daha 4 top vuraraq İspaniyanı darmadağın etdi.
Bakı vaxtı ilə gecə saat 03:00-da isə B qrupunun digər oyunu – Çili və Avstraliya milli komandaları qarşılaşacaq.