Braziliya Dünya Kubokunun maraqlı məqamları və İLKləri

Braziliya 1930-cu ildən bu yana bütün dünya kuboklarına qatılan yeganə komandadır. 8 yığma komanda isə indiyə qədər kubok sahibi olublar

West Ham United çempionata oyunçu göndərməyən yeganə Premyer Liqa komandasıdır

Təkcə Rusiya yığması Rusiya liqlərində oynayan oyunçulardan ibarət komanda ilə təmsil olunur

İlk dəfə topun cizgini keçib-keçməməsini göstərən “GoalControl-4D” adlı alətdən istifadə ediləcək

Bosniya və Herseqovina yığması tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.

Çempionatın ən yaşlı komandası Argentina (28-29) ən gənc yığma isə Qana (25-26) hesab olunur

İlk dəfə bir çempionatda oyunlar 12 ayrı-ayrı şəhərlərdə oynanacaq

İlk dəfə bir futbol çempionatına böyük vəsait xərclənəcək: 14 milyard dollar

İlk dəfə dünya kubokunun başlama vuruşunu simvolik olaraq bir məşhur yox, fəlc olan bir uşaq həyata keçirəcək

Dünya kubokunda istifadə ediləcək topun adı “Brazuca”, qiyməti isə 130 avrodur. Amma ona əmək sərf edən insanlar ayda 74 avro maaş alırlar

İlk dəfə stadionların təhlükəsizliyini 30 “Packbots” adlı robotlar təmin edəcəklər. Ümumi dəyəri 7.2 milyon dollardır

İlk dəfə FIFA oyunların ən yaxşı oyunçusunu Twitter’də seçəcək

Bu çempionatda oynayacaq oyunçuların 70% ilk dəfə dünya kuboku həyacanı yaşayacaqlar

Dünya kubokunun qalibi olan ölkə 567 milyon dollar qazanacaq

Almaniya yığması Braziliyaya toplam 23 min kiloluq əşya aparıb (Velosipedlər, masa tennisi, bilyard masaları, dart taxtası və s.)

İran Futbol Federasiyası oyundan sonra rəqib komanda ilə forma dəyişdirməni “israf olmasın” deyə yasaqlayıb

Dünya Kubokuna qatılacaq komandaların əlavə istəkləri:

Fransa – sulu sabun və Kaşer əti (yəhudilərin halal əti)
Yaponiya – hər otağa cakuzi
Çili – hər otağa LCD televizorlar
İsveçrə – hər otağa yüksək internet
Honduras – televizorda 6 ispan və ən az 2 Honduras kanalı
Əlcəzair – hər otağa Qurani Kərim kitabı
Portuqaliya – 6 cangüdən, onlardan 4-ü Ronaldonu qorumaq üçün
Ekvador – hər otağa dolu səbətdə Ekvador bananları
Uruqvay – hər otağa səssiz klima

meydan.tv