ABŞ Rusiyanı yenə hədələdi

Vaşinqtonda Rusiya tanklarının Ukrayna sərhədindən keçməsi barədə məlumatlar yoxlanılır. Əgər məlumatlar təsdiqlənsə, bu, böhranın dərinləşməsi kimi qiymətləndiriləcək. APA-nın məlumatına görə, bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib. O qeyd edib ki, yayılan məlumatlar təsdiqlənsə, ciddi nəticələr olacaq. “Bu isə Şərqi Ukraynada böhranın dərinləşməsi olacaq”, – deyə o vurğulayıb.