DÇ-2014: İlk qalib Braziliya oldu

İyulun 12-də futbol üzrə 2014-cü il Dünya Çempionatı başlayıb. Açılış mərasimindən sonra Bakı vaxtı ilə iyunun 13-nə küçən gecə, saat 1-də Çempionatın ilk qarşılaşması start götürüb. Sao Paulodaki “Corinthias” stadionunda Braziliya ilə Xorvatiya görüşür.

Qarşılaşmanın ilk yarısı arxada qalıb. Hesab 1:1-dir. Hər iki qolu Braziliya yığmasının oyunçusu vurub. Marselo 11-ci dəqiqədə öz qapılarına, Neymar isə 29-cu dəqiqədə rəqib qapısına. 

İkinci hissə də gərgin başlayıb. Hər iki komanda qapılara yol tapmaq üçün bir neçə cəhd edib. 71-ci dəqiqədə Xorvatiyanın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Neymarın zərbəsini qapıçı Pletikosa qaytarmağa yaxın olsa da, top onun əllərindən doqquzluğa istiqamətlənərək tora daxil olub. Hesab 2:1 Braziliyanın xeyrinədir.

91-ci dəqiqədə Braziliya yığmasından Oscar vurduğu qolla komandasının qələbəsini qətiləşdirdi – 3:1.

Qarşılaşma bu hesabla da başa çatdı.

AÇILIŞ TÖRƏNİNDƏN FOTOLAR