AXCP sədri Əli Kərimli Facebook səhifəsində İraqın Mosul şəhərində Türkiyə vətəndaşlarının girov götürülməsi ilə bağlı fikirlərini yazıb:
“Bu gecə Türkiyə yatmayacaq. 14 nəfəri diplomat olmaqla 80 nəfərdən artıq Türkiyə vətəndaşı girov götürülüb. İraq türkmənlərinin Mosul şəhəri işğal olunub. Suriyada vuruşan silahlı dəstələrdən biri -İŞİD İraq ərazisinə daxil olub. İraq ordusu ölkənin şimal bölgələrini müdafiə edə bilməyib. İraqın bir çox bölgələri, o cümlədən Mosul şəhəri silahlılar tərəfindən ələ keçirilib. Mosuldakı Türkiyə konsulu, digər diplomatlar, sadə görəvlilər, cəmi 80 nəfərdən artıq adam da Mosulun ələ keçirilməsindən sonra saxlanılıb. Şəhəri 100 minlərlə insan tərk edir.
Türkiyənin dövlət rəhbərliyi prezidentin yanında toplanıb, Türkiyənin istəyi ilə NATO-nun fövqaladə toplantısı keçiriləcək. Türkiyə yenidən sınağa çəkilir. Türkiyənin bu böhrandan güclənərək çıxacağına ümüd edirəm. Dualarımız girov götürülmüş Türkiyə vətəndaşları və İraq Türkmənləri ilədir”.


