Bakıda 154 bina təhlükədə

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakıda yaşayış binalarında epidemioloji araşdırma aparıb. Bunu Lent.az-a açıqlamasında Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, binaların bəzilərinin zirzəmilərinə  məişət, qrunt suları axıdılır: “Belə binaların sayı 154-dür”. Şöbə müdiri deyib ki, bu cür binalar əsasən paytaxtın Suraxanı, Yasamal, Nizami rayonları ərazisindədir. Həmin tikililər əsasən Sovet dövründə tikilmiş 9 mərtəbəli binalardır: “Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik”.

 Z. Kazımovun sözlərinə görə, belə vəziyyət həmin binalarda ağcaqanadların sayının artmasına səbəb olur: “Bu da ağcaqanadlar vasitəsi ilə müxtəlif xəstəliklərin, məsələn malyariyanın yayılması ilə nəticələnə bilər”.