Əlcəzairdə danışıqlar zamanı Fransanın Xarici İşlər Nazirliyinin başçısı Loran Fabiusun yatma kadrları fransız internet-istifadəçilərinin arasında məşhurlaşıb.
Əlcəzair televiziyasının çəkdiyi kadrlarda nazirin danışıq zamanı mürgülədiyi görsənir. Sosial şəbəkələrdə baxılma rekordu qıran “Ennaxar-TV” telekanalının çəkdiyi kadrlarda danışıqlar zamanı əlcəzair məmurlar arasında olan Loran Fabius əvvəlcə yuxuyla mübarizə aparır, amma sonra yenə də stulda oturaraq yatır. Fabius görüşün sonunda oyanır və iştirakçılara baxaraq gülümsəyir.
Fransanın L’Express jurnalı xatırladıb ki, bu hərəkət 67 yaşlı Fabiusun karyerasında birinci belə hadisə deyil.
Məsələn, keçən il o, Fransa prezidenti Fransua Ollandla Britaniya baş naziri Devid Kemeronun mətbuat konfransında qısa müddətə yatıb. Fabius 2012-ci ilin sonunda Ollandın təşkil etdiyi siyasi müşavirədə mürgüləyib. Nəticədə partiyadaşları ona “Yatan Fabius” ləqəbi veriblər. (anspress.com)