Rəsmi mərasimlərdə əsgərlərin yıxılmasından tarixi nümunələr
Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun 7 iyunda keçirilən andiçmə mərasimində fəxri qarovulda duran əsgərlərdən birinin huşunu itirərək yıxılması tarixə kuryoz hadisə kimi keçdi. Bu hadisə inauqurasiya mərasiminin ən çox danışılan məqamlarından birinə çevrildi. Onun yaxşı, yoxsa pis əlamət olduğu haqda diskussiyalar da açıldı.
Sonradan bəlli oldu ki, əsgəri sadəcə isti vurub.
Ukraynada nəşr olunan “Komsomolskaya pravda” qəzeti tarixdən buna bənzər bir neçə hadisəni xatırladır.
İyul, 1949-cu il:
Britaniyada Kral cəmiyyətinin təşkil etdiyi mərasim zamanı şahzadə Yelizavetanın qarşısında kral ordusunun xanım əməkdaşı huşunu itirərək yerə sərilir.
İyun, 1957-ci il:
İngiltərədə bayrağın qaldırılması üçün təşkil olunan təntənəli mərasimdə əsgərlərdən biri özündən gedir.
İyun, 1991-ci il:
Kral ordusunun qadın dəstəsinin üzvlərindən biri kraliçanın qarşılanma mərasimində huşunu itirib, yıxılır.
İyun, 1997-ci il:
Kanadada bayraq dəyişidirilməsi zamanı general-qubernatorun qvardiya əsgərlərindən biri özündən gedir. Tədbirdə şahzadə II Yelizaveta da iştirak edib.
May, 2004-cü il:
Kopenhagendə Kral teatrı qarşısındakı fəxri qarovul yıxılır.
Fevral, 2010-cu il:
Amerikada dəniz piyadalarının qadın üzvlərindən biri illik “Cobra Gold” təliminin açılış mərasimində özündən gedir.
Yanvar, 2010-cu il:
Kopenhagendə Kral qaravul dəstəsinin əsgəri Avropa Birliyi və Danimarka parlamentinin üzvləri şərəfinə Kral sarayında verilən ziyafət zamanı üzü üstə yerə yıxılır.
Noyabr, 2010-cu il:
Fransanın keçmiş prezidenti Nikola Sarkozi və onun çinli həmkarı Xu Tsintaonun şərəfinə Yelisey sarayında təşkil olunan şam zamanı fəxri qarovulda duranlardan biri huşunu itirir.
Mart, 2011-ci il:
Madriddə fəxri qarovulun əsgəri parad zamanı İspaniya kralının gözləri qarşısında özündən gedir.