Bakı aeroportunda görünməmiş olay

Kiyevə gedənləri Londona göndərəcəkmişlər

Bakının yeni hava limanında kuryoz hadisə baş verib. Kiyevə bilet alan sərnişinləri Londona uçacaq təyyarəyə istiqamətləndiriblər. Sərnişinlər təyyarədə yerini tutandan az sonra aeroport işçiləri gələrək səhvə yol verildiyini deyiblər və sərnişinləri təyyarədən düşürüblər.
Bu barədə həmin sərnişinlərdən biri, politoloq Elxan Şahinoğlu özünün facebook səhifəsində məlumat paylaşıb:
“Yeni hava limanında biletdə göstərildiyi kimi, 3-cü qapıdan Bakı-Kiyev ucağına mindim. Sərnişinlər yerlərini təzəcə rahatlamışdılar ki, hava limanının işçiləri içəri daxil olub nə desələr yaxşıdır? “Sizi düzgün istiqamətləndirməyiblər, bu təyyarə Londona uçur, buranı tərk edin..”. “Bəs bizim təyyarə hardadır” sualını isə hava limanı işçiləri cavablandıra bilmədilər. Hər halda sərnişin olmadan təyyarə havaya qalxmaz deyib, bütün sərnişinlər avtobus axtaranlar kimi yeni hava limanında Kiyevə uçan təyyarəni axtarmağa başladılar. Xeyli axtardıqdan sonra hava limanı işçilərindən biri uzaqdan qışqıraraq, “bura gəlin, Kiyev təyyarəsu burdadır” deyib narahatlığımıza son qoydu”.
Elxan Şahinoğlu hazırda Kiyevdədir.