Yeni uçan avtomobil hazırlandı – FOTO

Avtomobil modellərinin əksəriyyətinin dizaynı çox pis təsir bağışlasa da, ABŞ-ın Kaliforniya ştatındakı iki dizayner hətta Betmenin də bəyənəcəyi uçan maşın hazırlayıb. “Milli.Az”ın xəbərinə görə, qara rəngli, “gf7” adlı aıtomobilin qanadları var. Bu qanadlar maşını çox qısa müddətdə təyyarəyə çevirir. Reaktiv mühərrikli avtomobi 885 km/saat sürətlə uça bilir. Maşın səmada 12 km qət edir. Konseptin müəllifləri Kaloforniya ştatındakı Napa şəhərində yaşayan dizaynerlər Qreq Braun və Deyv Fossetdir. 4 ildən sonra satışa çıxarılacaq “gf7″in ilkin satış qiyməti 3-5 milyon dollardır.