Putin Avropanı şantaj edir

Razi Nurullayev: «Rusiya Putinin dediyi addımları atsa, Avropa Birliyi və ABŞ-ın söz verdiyi üçüncü embarqo dalğası işə düşəcək»

“Ukrayna Avropa İttifaqı ilə assosiativ sazişi imzalayacağı təqdirdə biz öz iqtisadiyyatımızı müdafiə etmək üçün addımlar atacağıq. Mən bununla bağlı Böyük Britaniya, Fransa və Almaniyaya xəbərdarlıq etmişəm”. Modern.az saytı xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Fransaya səfəri ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, müaqavilə imzalandıqdan və qüvvəyə mindikdən dərhal sonra Moskva müdafiə tədbirlərinə əl atacaq.   

Putin Kiyevi çətin günlər gözlədiyini vurğulayıb. “Hazırda MDB ölkələrinin azad ticarət zonası çərçivəsində Rusiya ilə Ukrayna arasında gömrük tarifləri sıfır həddinddir. Avropa İttifaqı ilə saziş isə Ukraynaya digər iqtisadi sazişlərdə iştuirak etməyə imkan vermir”. 

Putinin sözlərinə görə, asossiativ saziş Ukrayna bazarlarını Avropa malları üçün açacaq. 

“Bütün Avropa malları tranzit yolla bizim gömrük ərazimizə daxil olacaq. Biz buna yol verə bilmərik. Avropa ilə belə danışmamışdıq. Biz hansısa sanksiyalara əl atmağa məcbur olacağıq. Hesab edirəm ki, Ukrayna üçün ağır sınaq olacaq”. 

Rusiya prezdenti bildirib ki, belə oaln halda çətin ki, Ukraynaın məhsulları rus bazarında rəqabətə davamlı olsun.

Putinin Avropaya ünvanlanan bu hədəsini reallaşdırması nə dərəcədə mümkündür? 

Politoloq Razi Nurullayev Rusiyanın Qərblə tam olaraq qarşıdurmaya getməyə hazır olmadığını deyir. Çünki Rusiya təkdir, amma onun qarşısında 28 ölkəni özündə birləşdirən NATO, ABŞ kimi güclü iqtisadiyyata və hərbi gücə malik bir dövlət var. O baxımdan Rusiyanın hədəsi heç də nöqtəsinə düşməyib. 

Ekspert bununla belə Rusiyanın Ukraynanın başını daha çox ağrıda biləcəyini deyir: «Şərq vilayətlərində qeyri-stabilliyin davam etməsi, Ukraynanın şəhərlərində Rusiyameyllilərinin aranı qızışdırması və ölkədə stabilliyinin tam olaraq pozulması, ərazi bütövlüyünün şübhə altına alınması mümkündür. Rusiya Ukraynanın iqtisadiyyatına zərər vurmaq, bu ölkəni daim təzyiq altında saxlamaq üçün bir çox iqtisadi rıçaqlara malikdir. Hazırda Ukraynanın Rusiyadan asılılığının azaldılması, Avropa Birliyinin köməyi ilə ayaqda qalması tam olaraq mümkün görünmür».

Ekspertin sözlərinə görə, bütün bunların fonunda Rusiyanın özünün də zəifləməsi gözlənilir. Çünki Rusiya Putinin dediyi addımları atacaqsa, artıq Avropa Birliyinin və ABŞ-ın söz verdiyi üçüncü embarqo dalğası işə düşəcək. Bu embarqolar isə Rusiya iqtisadiyyatını kifayət qədər çökdürmək gücünə malikdir. 

Fizzə