Əfqanıstanda torpaq sürüşməsi: Ən azı 100 nəfər ölüb

Aramsız leysan yağışları torpaq sürüşməsinə səbəb olub

Əfqanıstanda yenidən torpaq sürüşməsi baş verib. 

Əfqanıstanın aidiyyatı qurumları açıqlama verib ki, ölkənin cənub-şərqində baş vermiş torpaq sürüşməsinə səbəb son günlər yağan güclü yağışlardır. 

Gecə saatlarında başlayan torpaq sürüşməsi nəticəsində 100-dən çox adam ölüb, bir o qədər də insan xəsarət alıb.

Xatırladaq ki, ötən ay da Əfqanıstanda torpaq sürüşməsi baş vermişdi və 2100 nəfər həyatını itirmişdi. Faciə nəticəsində 4 mindən artıq insan evsiz-eşiksiz qalmışdı.