Bakıda iki sərnişin avtobusu toqquşub: 10 nəfərdən çox yaralı var

Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində, Qara Qarayev prospektində iki sərnişin avtobusunun toqquşması nəticəsində 10 nəfərdən artıq şəxs yaralanıb. Bu barədə Lent.az-a 3 saylı şəhər xəstəxanasından bildirilib. “Ruslan 93” marketinin qarşısından gətirilinə yaralıların xəstəxanaya yerləşdirilməsi davam etdirilir.

 *****

10:59

 Bakıda iki sərnişin avtobusu toqquşub.

 

 Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qara Qarayev metrosunun yaxınlığında, “Ruslan” marketin qarşısında qeydə alınıb.

 

36 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub.

 

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb.