Bakıda 20 milyon dollara imarət satılır FOTO

Paytaxtda 16 000 000 AZN (20 397 756 ABŞ dolları) qiymətində ev satılır. Bu barədə elan bina.az saytında yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda, Tbilisi küçəsində yerləşən 10 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, Avropa otelinin yanında yerləşən “iqamətgah”ın ümumi sahəsi 1400 kvadratmetr təşkil edir.

Qeyd edək ki, bu qiymətdən də aşağı, yəni 10 000 000 ABŞ dollarına Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir (mia.az).