Siqaret yenə bahalaşdı

Iyunun 2-dən Azərbaycanda siqaretin və tütün məmulatlarının pərakəndə və topdansatış qiymətləri qalxıb. “Virtualaz.org”un məlumatına görə, siqaret və tütün məmulatları markasından asılı olaraq, 10-30 qəpik bahalaşıb.

Bundan başqa, xaricdə istehsal olunan saqqızların da qiyməti qalxıb. “Orbit”, “Dirol” və başqa markalı saqqızlar əvvəlkindən 20 qəpik baha satılır.

Ticarət obyektlərinin satıcıları bildiriblər ki, onlar bütün digər məhsulların qiymətinin artacağını da istisna etmirlər.