«Ukrayna böhranı» zamanı Rusiya nə qazandı və nə itirdi
Rusiyanın Krım aksiyası «böyük qonşu» qarşısında qorxunu artırdı
Ukrayna böhranı ətrafında informasiya müharibəsindən yorulan Rusiya mətbuatının bəzi nümayəndələri publisistika və subyektiv qiymətləndirmədən kənara çıxıb sadə mühasibat hesablamalarına keçiblər. Yəni Krım və Ukraynanın cənub-şərqində baş verənlərdə Rusiyanın gəlir və itkilərini hesablayırlar. Nəticədə əhəmiyyətli fərq olub.
İtkilər
Ukrayna ilə münasibətlər korlandı. Qardaş xalqlar barədə çoxillki ritorika boş söhbətə çevrildi. Krım havadan asılmış balta kimi Rusiya-Ukrayna münasibətlərinə təsir edəcək. Ukraynanın heç bir hökuməti, bu ölkədəki heç bir ciddi siyasi qüvvə öz ərazisinin itkisi ilə barışmayacaq. Yeri gəlmişkən, Ukraynanın yeni prezidenti artıq bu mövqeyi təsdiqləyib. Ukraynalılara “pis” Kremli “yaxşı” rusiyalılardan ayırmaq çətin olacaq. Buna rusiyalıların Krımın qayıtması ilə bağlı uzanan “patriotik sevinci” də, rəsmi Rusiya KIV-də birmənalı və əksər hallarda ukraynalılar üçün təhqiramiz xarakter daşıyan antiUkrayna kampaniyası da mane olacaq. Hətta Rusiyanın Ukrayna ilə münasibətdə siyasəti yaxşılığa doğru kəskin dəyişsə də, əvvəlki münasibətlər daha olmayacaq. Inciklik qalacaq, Krım yaddan çıxmayacaq, Rusiya tərəfdən təkrar aqressiya qorxusu isə Ukraynada nevrozlar arasında yer tutacaq.
“Avrasiya layihəsi”nin iflası
Birincisi, Ukraynasız o, demək olar, mənasızdır. Bu barədə Rusiya rəhbərliyi də bir neçə dəfə diplomatik formada deyib. Ikincisi, Qazaxıstan və hətta Belarusda Krımın işğalı, həmçinin Rusiyanın Ukraynanı federallaşdırma cəhdləri bəyənilmir. Bu ölkələrin liderləri istər-istəməz Ukraynadakı situasiyanı özləri ilə ölçməli olur. Bu da onlara sevinc gətirmir: onlarda da xeyli “rusdilli” var ki, onların da hüquq və təhlükəsizlikləri zərurət yarananda Kremli narahat edə bilər. Deməli, böyük qardaşla münasibətə “qardaşlıq” azalır və praqmatizm artır. Avrasiya Iqtisadi Ittifaqı ola bilər. Ancaq heç bir siyasi köklənmə: bu çox təhlükəlidir.
“Rus sülh”ünün itirilməsi
“Pravoslav qardaşların” ərazisini qoparmaq utopik də olsa, ictimai mifi dağıtdı. Rusiya bundan sonra çətin ki, öz məqsədləri üçün Qərbə qarşı Pravoslav dünyadan istifadə edə bilsin.

Rusiyanın imperiya ambisiyası
Qonşularla və keçmiş müttəfiqlərlə münasibətlərin korlanması. XX əsrdə SSRI-nin imperiya ambisiyaların öz üzərində sınaqdan keçirmiş bu ölkələrdə Rusiyanın Krım aksiyası “böyük qonşu” qarşısında qorxunu artırdı. Təsadüfi deyil ki, məhz 1940-cı ildə zorla SSRI-yə birləşdirilən Baltikyanı dövlətlər, 1939-cu ilin sentyabr ayında Hitler Almaniyası və Stalinin rəhbərlik etdiyi SSRI arasında bölünən Polşa, sovet tanklarını Praqada təkcə 1945-ci ilin mayında deyil, fəlakətli 1968-ci ilin avqust ayından xatırladan Çexiya Rusiyanın Krımı birləşdirməsinə və Ukraynanın cənub-şərqində stabilliyin pozulmasına qarşı sərt reaksiya verənlər arasında oldu. Onlara 2008-ci ildə ərazilərini itirmiş Gürcüstanı, ondan ayrılan və dünyada tanınmayan hər an Krım ssenarisinin təkrarlana biləcəyi Dnestryanı təhlükəsi olan Moldovanı da əlavə etmək lazımdır. Fobiyalar oyandı, Rusiya yenidən ərazilərini genişləndirməyə meylli olan imperiya kimi təqdim olunur.
Dünya birliyi Rusiyanı dünya düzəni üçün təhlükə kimi görməyə başlayıb. Rusiyanın müharibədən sora Avropada bərqərar olunan suverenliyə, sərhədlərin toxunulmazlığına və ərazi bütbvlüyünə münasibəti belə imkan yaradıb. Rusiyanın ərazi bütövlüyünə hörmətdən və sərhədlərin toxunulmazlığı prinsipindən uzaqlaşması Rusiyanın özü üçün təhlükəli presidentdir.
Rusiya total beynəlxalq təcrid vəziyyətində
Belə silahın örtüyünü götürmək olmaz: o, əlverişsiz siyasi şəraitdə özünə qarşı çevrilə bilər. Özü də üstəlik, əgər bunu çoxmillətli və çoxkonessiyalı ölkə edibsə. Bundan da belə nəticəyə gəlmək olur ki, birincisi, Rusiya beynəlxalq arenada əhəmiyyətli siyasi-mənəvi üstünlüyü itirdi. Ikincisi, müasir tarixində ilk dəfə olaraq Rusiya total beynəlxalq təcrid vəziyyətindədir. MDB-də ondan bir neçə iqtisadi asılı ölkənin dəstəyi xarici siyasət imkanlarını kəskin daraldır və beynəlxalq nüfuzunu aşağı salır.
Rusiyalı liderlərə həmkarlarının inamı itib
Tarixdə buna bənzər hadisə yalnız 1940-cı ildə olub. O zaman Finlandiyaya təcavüzə görə SSRI Millətlər Liqasından çıxarıldı. Indi Rusiya nəinki qeyri-formal G8-dən qovuldu, onun təsiri “qanuni” beynəlxalq təşkilatlar və birliklərdə də xeyli zəifləyib.
Rusiyalı liderlərə artıq həmkarları arasında inamı itirib. Bu isə təhlükəli haldır. Əvvəllər Putin Qərb həmkarlarının yanında nüfuza sahib idi. Xarici işlər naziri Lavrovun da reputasiyası yaxşı idi. Indi hər şey dəyişib – inam itib. Beynəlxalq siyasətdə bu, ağır itkidir.
Rusiya XIN-nin nüfuzuna ciddi zərbə dəyib. Çünki xarici işlər nazirliyi təbliğat nazirliyi səviyyəsinə düşüb şübhəli bəyanatlar vermək səviyyəsinə enməməlidir. Rusiya postsovet ölkələrinin NATO və AB-yə üzvlüyünü dayandırmaq mübarizəsində məğlub olur. Rusiya təhlükəsi Gürcüstan, Ukrayna, Moldovanın Qərb stukturlarına üzvlüyünü sürətləndirir.
Rusiya ilə Qərb strukturları ilə əməkdaşlıqda xeyli geri qalıb. Rusiya ilə NATO-nun hərbi əməkdaşlıq proqramları dayandırılıb, üstəlik, Rusiya alyansda tərəfdaş kimi deyil, potensial rəqib kimi nəzərdə tutulur. Krımın birləşdirilməsində sonra Rusiyada iqtisadi inkişaf şəraitinin pisləşməsi, Qərb sanksiyaları və ümumiyyətlə, inkişaf etmiş ölkələrin münasibətininin pisləşməsi barədə çox danışılıb.
Ölkədə sahibkarlıq mühiti pisləşib
Beynəlxalq kredit bazarı Rusiya üçün, demək olar, bağlanıb. Bunu həm sadə istehlak krediti alanlarla yanaşı ölkədə onsuz da azalan kiçik və orta biznes də öz üzərində hiss edir. Belə situasiyada Rusiya korporasiyalarının əvvəllər beynəxalq banklararası bazarda aldığı iri vəsaitlərin qaytarılması vaxtı çatıb.
Rusiya bir çox beynəlxalq və iqtisadi inkişaf proqramlarından kənarda qalır. Qərb biznesi nümayəndələrinin rusiyalı sahibkarlara münasibətləri mənfiyə doğru dəyişir.
Sanksiyalar və antiQərb ritorikasının artması ölkədə sahibkarlıq mühitini pisləşdirir. Bu da ölkədən kapital axınına gətirib çıxarır. Xarici investorlar Rusiyaya investisiya qoymaqda maraqlı deyil. Ölkədə müxalifətin, fərqli düşünən insanların və müstəqil KIV-in vəziyyəti kəskin dəyişir. Belə şəraitdə, üstəlik də beynəlxalq təcrid olduğu halda ölkənin heç bir sosial-iqtisadi inkişafından söhbət gedə bilməz.
Qazanclar
Əsas qazanc (sözün əsl mənasında) – bu, Krım və ayrıca inzibati vahid kimi çıxış edən Sevastopoldur. Bu ərazilərin Rusiyanın tərkibinə daxil olması ilə bağlı uzun illərdir davam edən “Xruşovun 1954-cü ildəki səhvinin” düzəldilməsi kampaniyası başa çatdı. SSRI-nin dağılmasından sonra Rusiyanın siyasi elitasında ara-sıra bu söhbət baş qaldırırdı. Rusiya Krımı “qaytardı”, indi bu ərazi turizm zonası ola bilər. Rusiya Sevastopoldan Qara dənizdəki baza kimi istifadə monopoliyasını təmin etdi, buna görə icarə ödəmələrindən azad oldu, Ukrayna NATO-ya üzv olacağı təqdirdə bu təşkilatın bazasının orda mümkün yerləşdirilməsinin qarşısını aldı.
Məlumdur ki, Krım sahillərində Qara dənizin şelfi karbohidrogenlə zəngindir. Məlumatlara görə, Krım ərazisindən neft ehtiyatları 47 milyon ton, qaz ehtiyatları – 165,3 million kubmetr təşkil edir. Ümumilikdə isə regionda 44 karbohidrogen xammalı yatağı mövcuddur. Krım ərazisində həmçinin dəmir filiz ehtiyatları var.
“Krım zəfəri”ndə qazanılan aldadıcı reytinq
Krımın və Sevastopolun əldə edilməsi Rusiyadan çox onun rəhbərliyininin nüfuzuna təsir edib. Bu ərazilərin Rusiya tərkibinə qaytarlmasına görə Putinin və “Vahid Rusiya” partiyalarının nüfuzu əhəmiyyətli dərəcədə artıb. Putinin, əsasən də hakim partiyanıın üç ildir reytinqinin aşağı düşməsindən əsər-əlamət qalmayıb. Əksinə, Qərbə, konkret olaraq ABŞ və Avropa Birliyi ölkələrinə münasibət kəskin pisləşib.
Bu davaya baş qoşmağa dəyərdimi?
Beləcə balans hesablandı. Bu davaya baş qoşmağa dəyərdimi – hər kəs özü düşünsün. Əgər Rusiya rəhbərliyi dərindən düşünsə, Rusiyanın “Ukrayna böhranı”ndan əsas əldə etdiyi qazanc və itkilərin düzgün balansının çıxarılması olmalıdır. Sanksiyaların nəticələrindən irəli gələn sanksiyalardan və “sanksiyalardan sonra” nə baş verə bilər? Bundan iki fərqli nəticə çıxarmaq olar. Ya ölkə tamamilə dünyadan özünü ayırır və “təhlükəsiz” təcridə gedir. Yaxud şişirdilmiş ambisiyalarını kənara atıb nəhayət, azad adamların iqtisadiyyatını qurmalıdır. Bunu insanların topladığı səriştədən istifadə ilə etmək lazımdır.
Rusiyanın tutduğu mübarizə yolu qədim keçmişdə qalıb. Yalnız dözümlülük və əməkdaşlıq nəticəsində yaşamaq və inkişaf etmək olar. Bu, istər ölkə daxilində, istərsə də dünya miqyasıında olmalıdır.
Fizzə


