“EuroMillions” lotereyasında 72 milyon avro pul udmuş Fransa sakini bu məbləğin 50 milyonunu xeyriyyə təşkilatlarına verməyi planlaşdırır. O, 50 milyonu on təşkilat arasında böləcək. Pul veriləcək qeyri-kommersiya təşkilatlarının adları isə hələlik açıqlanmayıb. Lakin bildirilir ki, vəsait ağır həyat şəraitində yaşayan insanlara dəstək verən təşkilatlar üçün nəzərdə tutulub.
72 milyonu qazanıb, bu məbləğin təxminən üçdə ikisi hissəsini xeyriyyə işlərinə yönəldən şəxsin özü barədə isə çox az məlumat verilir. Lotereyanın təşkilatçısı “Francaise des Jeux” şirkətindən bildirilib ki, qalib olan kişi özü barədə məlumatların gizli saxlanılmasını istəyib. Onun razılığıyla barəsində yalnız kiçik bir informasiya açıqlanıb. Bu da ondan ibarətdir ki, təxminən 50 yaşlı var və övladı yoxdur.
Lotereyada udduğu 50 milyonu kasıblara bağışladı
•
•