Oqtay Əsədov Moskvaya gedir

Milli Məclisin sədri Oqtay Əsədov iyunun 5-6-da Moskvaya səfər edəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. 

Moskvada “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində keçirilən “Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər” adlı dəyirmi masada çıxış edən səfir bildirib ki, Oqtay Əsədovun səfəri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti əsasında baş tutacaq: “Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın sədri,  baş nazirin müavini Dmitri Roqozinlə görüşəcək”.