AXCP Anar Məmmədli və Bəşir Süleymanlının həbsinə etiraz bəyanatı yaydı
SMDT rəhbərliyi haqda məhkəmənin həbs hökmü ilə bağlı AXCP bəyanat verib. Bəyanatda deyilir:
“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli, müavini Bəşir Süleymanlı və Elnur Məmmədlinin qondarma ittihamlarla azadlıqdan məhrum edilməsi hakimiyyətin seçki saxtakarlığını ifşa edən tək yerli təşkilatdan qisas almaq, Azərbaycan xalqına, demokratik dünyaya meydan oxumaqdır. Hakimiyyət bununla demək istəyir ki, bundan sonra da xalqın iradəsinə hörmət etməyəcək. Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, hakimiyyət bu addımı ilə seçkilərdə törətdiyi dövləti cinayəti ört-basdır etmək niyyətindədir. Bu həbslər seçki cinayətlərinin davamıdır. AXCP hakimiyyəti toplumu seçki və siyasət müstəvisindən çıxarmağın məsuliyyətini və fəsadlarını dərk etməyə, dünya birliyini və yerli ictimaiyyəti bu məsələni diqqətlə izləməyə və lazımı reaksiya verməyə çağırır”.